
BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Qəzzada qan tökülməsinə son qoymaq üçün on maddəlik plan təklif edib.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun departamentinin press-relizində məlumat verilib.
Sənəddə qeyd olunub ki, Qəzzada münaqişə hər gün yeni miqyaslara çatır. Nümunə olaraq o, xəstəxanaların atəşə tutulmasını və əhalinin əsas yaşamaq vasitələrindən məhrum olmasını göstərib.
“Bunun davam etdirilməsinə icazə verilə bilməz”, – sənəddə vurğulanıb.
Qriffitsin on bəndlik fəaliyyət planı bunlardan ibarətdir: humanitar yardımın çatdırılmasının asanlaşdırılması, Rəfahdan başqa keçid məntəqələrinin açılması, qaçqınlar üçün sığınacaqların sayının artırılması, BMT-yə 1,2 milyard dollar vəsaitin ayrılması və atəşkəsin təmin edilməsi.
Gununsesi.info