BMT: “Qəzza zolağında fəlakət gözümüzün önündə baş verir”

  • By admin
  • 14 Noyabr 2023 09:00

BMT yaxın günlərdə Qəzzada baş verəcək hadisələrdən dərin narahatdır.

Gununsesi.info xəbər verir ki, bunu BMT Təşkilatının baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.

“Qəzzada humanitar fəlakət bağlı qapılar arxasında baş vermir, gözümüzün önündə cərəyan edir. Vəziyyət çox ciddidir. Biz yaxın bir neçə gün ərzində baş verə biləcəklərdən son dərəcə narahatıq”, – deyə o bildirib.

Onun sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş həftə sonu Fələstin anklavındakı vəziyyətlə bağlı intensiv danışıqlar aparıb.

Dujarrik BMT-nin Qəzza zolağında humanitar atəşkəs çağırışını təkrarlayıb.

Gununsesi.info