BMT: Qəzzada 45 min hamilə qadın ölüm riski ilə üz-üzədir

  • By admin
  • 18 Dekabr 2023 08:47

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 45 min hamilə və 68 min süd verən qadının anemiya, qanaxma və hətta ölüm riski ilə üzləşdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, UNFPA-nın X sosial media platformasında edilən paylaşımda Qəzzada 45 min hamilə və 68 min körpə uşaqlı qadının qida böhranı yaşadığı bildirilib.

Açıqlamada qeyd olunub ki, Qəzzada baş verən böyük qida böhranı səbəbilə hamilə və körpə uşaqlı qadınların qan azlığı, hamiləlik zəhərlənməsi və hətta ölüm riski var.

Açıqlamada həmçinin qeyd olunub ki, Qəzza xalqına ərzaq və yardım çatdırmağın yeganə yolu dərhal atəşkəs əldə etməkdir.

Gununsesi.info