
Oktyabrın 7-dən bəri İsrailin fələstinlilərə qarşı törətdiyi ağır qanun pozuntuları “gözlənilən soyqırım”dan xəbər verir.
Gununsesi.info-nun məlumatına görə, bu barədə BMT-nin 33 məruzəçisinin hesabatında deyilir.
Hesabata görə, bunun əlamətləri arasında “soyqırıma təhriklərin artması, “işğal altında olan Fələstin əhalisini məhv etmək” üçün açıq niyyət və Qəzza zolağında “ikinci Nəkbə” üçün səs-küylü çağırışlar daxildir.
Sənəddə beynəlxalq ictimaiyyətin çağırışlara məhəl qoymamasından və Qəzzadan kənarda dərhal atəşkəsə nail olunmamasından dərin narahatlıq ifadə edilir.
Hesabat müəllifləri həmçinin bir sıra ölkələrin İsrailin Qəzza əhalisinə qarşı müharibə üsullarına dəstək verməsindən və “beynəlxalq sistemin soyqırımın qarşısını almaq üçün səfərbər ola bilməməsindən” dərin narahat olduqlarını bildiriblər.
Gununsesi.info