Qəzza zolağına humanitar yardım son dərəcə qeyri-kafi miqdarda alınır.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) X sosial şəbəkəsindəki məlumatında deyilir.
Təşkilat qeyd edib ki, hazırda eksklava gündə ən azı 500 yük maşınının daxil olmasını təmin etmək lazımdır.
Məlumata görə, İsrail hakimiyyəti humanitar yardım daşıyan yük maşınlarının əksəriyyətinin Qəzzaya daxil olmasına icazə verməyib.
UNRWA martın 20-nə olan məlumata görə, humanitar yardım daşıyan 159 yük maşını Qəzza zolağına daxil olub. Agentlik vurğulayıb ki, bu həcmlər eksklav əhalisinin əsas ehtiyaclarını ödəməyə imkan vermir.
UNRWA əlavə edib ki, Qəzzada 24 sağlamlıq mərkəzindən yalnız 8-i fəaliyyət göstərir.
Gununsesi.info