BMT Quranı təhqir edən hərəkətləri qınadı

  • By admin
  • 05 Oktyabr 2023 15:38

Mən Qurani-Kərimin yandırılması kimi hörmətsiz və aqressiv hərəkətləri, xüsusən də zorakılıq və parçalanmaya səbəb olanları qəti şəkildə rədd edirəm.

Gununsesi.info  xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bir sıra Avropa ölkələrində törədilən Qurani-Kərimi təhqir edən hərəkətləri kəskin tənqid edib.

Türk BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının 54-cü sessiyası çərçivəsində təşkil olunan “Dini nifrətin hərəkətverici qüvvələri, kök səbəbləri və insan hüquqlarına təsiri” mövzusunda interaktiv dialoqda çıxış edib.

O xatırladıb ki, İHK-nın iyul sessiyasında müsəlmanların müqəddəs kitabına hücumlarla bağlı fövqəladə növbədənkənar iclas keçirilib. Ali komissar bəyan edib ki, buna baxmayaraq, bir sıra ölkələrdə Quranın açıq şəkildə yandırılması davam edir.

Səid Əhmədli
Gununsesi.info