BMT Rusiyanın Zaporojya Atom Elektrik Stansiyasının Ukraynaya qaytarılmasını tələb edən qətnamə layihəsini qəbul etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Rusiyadan nəzarəti altında olan bölgədə yerləşən Zaporojya Atom Elektrik Stansiyasından (AES) dərhal əsgər və personalını geri çəkməyi və obyekti Ukraynaya qaytarmağı tələb edən qətnamə layihəsini qəbul edib.

Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, Baş Assambleyada səsə qoyulan qanun layihəsi lehinə 99, əleyhinə isə 9 səslə qəbul edilib.

Qətnamənin əleyhinə səs verən ölkələr Rusiya, Belarus, Kuba, Eritreya, Mali, Nikaraqua, Suriya, Burundi və Şimali Koreya olub.

Çin, Hindistan və Cənubi Afrika daxil olmaqla 60 ölkə isə bitərəf qalıb. Rusiyanın Ukraynaya qarşı təcavüzə dərhal son qoyması və bütün əsgərlərini geri çəkməsi tələbinin təkrarlandığı qətnamədə BMT-nin Ukraynanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə sadiqliyi bir daha təsdiqlənir.

Xatırladaq ki, 6 nüvə reaktoru olan Zaporojya Atom Elektrik Stansiyası Ukraynanın cənub-şərqində, Rusiyanın nəzarətində olan bölgədə, cəbhə xəttinə yaxın ərazidə yerləşir və daim çarpaz atəş altındadır.

 

 

Şəbnəm

Gununsesi.info