BMT: Son günlər Hələbdə baş verən döyüşlər nəticəsində 213 dinc sakin ölüb

  • By admin
  • 25 Sentyabr 2016 20:38

ukrayna_1_1422107400

 

Gununsesi.info-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT  baş katibinin xüsusi nümayəndəsi Staffan de Mistura Təhlükəsizlik Şurasının fövqəladə iclasında bəyan edib.

Onun sözlərinə, hərbi qarşıdurma zamanı əyalətdə ölənlərin sayı 213-ə çatıb, ölənlər arasında xeyli sayda qadın və uşaq var.

“Hələbin şərq hissəsində 275 min sakin bir neçə həftədir ki, faktiki olaraq blokada şəraitində yaşayır”, deyə S.de Mistura qeyd edib.

 

Gununsesi.info