
BMT Baş Assambleyası Srebrenitsada soyqırımla bağlı qətnamə qəbul edib.
Gununsesi.info xəbər verir ki, qətnamə birmənalı şəkildə “Srebrenitsa soyqırımının tarixi hadisə kimi inkarını” pisləyir.
Bundan əlavə, iyulun 11-i Srebrenitsa Soyqırımı Qurbanlarının Beynəlxalq Anım Günü elan edilib.
Qeyd edək ki, Srebrenitsa soyqırımı 1995-ci ilin iyulunda keçmiş Yuqoslaviyada baş verib. Bu soyqırım zamanı Serb ordusu ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib.
Gununsesi.info