BMT: Sudanda silahlı münaqişə 12 mindən çox insanın həyatına son qoyub

  • By admin
  • 08 Dekabr 2023 15:04

Aprelin 15-dən bəri Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında baş verən silahlı toqquşmalarda 12 190 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (BMT OCHA) Sudandakı ofisinin məlumatına görə, silahlı münaqişə səkkizinci aydır ki, davam edir və təkcə oktyabrın 28-dən noyabrın 24-dək 1300 nəfər həlak olub.

Aprel ayından bəri təxminən 6,6 milyon insan evlərini tərk edərək başqa ölkələrə və ya Sudandakı daha təhlükəsiz ərazilərə qaçmaq məcburiyyətində qalıb.

BMT OCHA 1,3 milyon sudanlının silahlı münaqişə səbəbindən qonşu Cənubi Sudan, Misir, Çad, Cənubi Afrika və Efiopiyaya qaçdığını qeyd edib.

Qeyd edək ki, Sudan ordusu ilə RRF arasında silahlı qarşıdurma aprelin 15-də başlayıb. Toqquşmalara səbəb RRF-nin ordu strukturuna inteqrasiyası məsələsi olub.

Paytaxtda başlayan döyüşlər tezliklə ölkənin digər bölgələrinə də yayılıb.

Sudan hökuməti beynəlxalq ictimaiyyəti RSF-ni “terrorçu qrup” elan etməyə çağırıb.

Atəşkəs razılaşmalarına və münaqişə tərəflərinə beynəlxalq təzyiqlərə baxmayaraq, qanlar dayanmır.

Ölkənin qərb və cənub-qərbində yerləşən 9 əyalətdə ağır silahlardan istifadə edilməklə döyüşlər gedir.

BMT-nin məlumatına görə, əhalinin təxminən yarısını təşkil edən 25 milyon sudanlının humanitar yardıma ehtiyacı var.

Beynəlxalq ictimaiyyətin atəşkəsə nail olmaq cəhdləri qarşılıqlı ittihamlar və tərəflərin irəli sürülən şərtlərlə razılaşa bilməməsi səbəbindən uğursuzluqla nəticələnib.

Gununsesi.info