BMT rəsmisi Süleymaninin öldürülməsi haqqında: “Qanunsuzdur”

  • By admin
  • 03 Yanvar 2020 13:03

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan hüquqları ali komissarlığı ofisinin nümayəndəsi və məhkəməsiz icra olunan edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamar general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.

Gununsesi.org-un xəbərinə görə, A. Kallamar özünün “Twitter” səhifəsində ABŞ-ın addımını qanunsuz adlandırıb.

“Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin məqsədyönlü qətli beynəlxalq humanitar hüququ pozur”, – deyə BMT rəsmisi vurğulayıb.

Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

Gununsesi.org