BMT Suriya haqqında: “Vəziyyət çox təhlükəlidir”

  • By arzu
  • 06 Dekabr 2019 10:58

“Doqquz illik münaqişədən sonra xalqın çəkdiyi əzablara, işgəncələrə son verən bir prosesə başlamaq zamanı gəldi. Suriya Konstitusiya Komissiyası bu münaqişəni bitirə bilməzsə, siyasi yolun qapısını açmış olacaq. Suriyada hazırda 5 ölkənin silahlı qüvvələri mövcuddur. Vəziyyət son dərəcə təhlükəlidir. O səbəbdən də siyasi prosesə başlanmasını istəyirik”.

Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, bu fikirləri BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Geir Pedersen İtaliya Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutu  (ISPI) və İtaliya Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Romada keçirilən 5-ci “MED 2019 – Aralıq Dənizi Dialoqu Forumu”nda bildirib.

G.Pedersen deyib ki, Cenevrədə Konstitusiya Komissiyasının yaradılması, müzakirələr üçün bir başlanğıc nöqtəsidir. İkinci tur müzakirələr daha çətindir, amma tərəflər irəliləməyə israrlıdır”.

Suriya təmsilçisi didərgin və itkinlərlə bağlı ölkədəki humanitar  vəziyyətə uyğun olaraq Əsəd rejiminə təzyiq edildiyini xatırladıb.

İtaliya Xarici İşlər naziri Luigi Di Maio Suriyada sülhə silahla yox, siyasi dialoq yolu ilə çatmağn mümkün olduğunu bildirib. Nazir Suriyanın pataxtı Dəməşq şəhərində İtaliyanın səfrilik açması məsələsinə də toxunaraq, bunun BMT ilə gedən danışıqların nəticəsindən asılı olduğunu deyib.

Gununsesi.org