BMT Baş katibinin münaqişələrdə cinsi zorakılıq üzrə xüsusi nümayəndəsi Pramila Patten BMT Təhlükəsizlik Şurasına 29 yanvar – 14 fevral 2024-cü il tarixlərində İsrail və İordan çayının qərb sahilinə etdiyi səfərin icmalını təqdim edib.
Gununsesi.info xəbər verir ki, səfərin məqsədi münaqişə ilə bağlı cinsi zorakılıq hesabatlarını toplamaq, təhlil etmək və yoxlamaq olub.
Ramallaha səfərinə toxunan Patten deyib ki, o, BMT agentliklərinin nümayəndələrindən məlumat alıb və bu məlumatlar apreldə Təhlükəsizlik Şurasına təqdim edəcəyi hesabatda yer alacaq.
Patten bildirib ki, İordan çayının qərb sahilindəki həmsöhbətləri fələstinlilərə qarşı iddia edilən sui-istifadə halları ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Xüsusi nümayəndə İsrail hakimiyyəti ilə məsələni müzakirə edib, onun sözlərinə görə, onlar iddia edilən pozuntuları araşdırmaq istəyini bildiriblər.
Gununsesi.info