BMT Təhlükəsizlik Şurası Hələblə bağlı qətnamə qəbul etdi

  • By admin
  • 19 Dekabr 2016 18:40

bmt-ts-300x225

BMT Təhlükəsizlik Şurası Suriyanın Hələb şəhərində dinc əhalinin təxliyyəsi ilə bağlı beynəlxalq monitorinqin keçirilməsinə və əhaliyə təxirəsalınmaz yardımın göstərilməsinə dair qətnamə qəbul edib.

Gununsesi.info məlumatına görə, 2328 saylı qətnamə TŞ üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Sənədin yekun variantı ötən gün Şuranın qapalı iclası çərçivəsində aparılan məsləhətləşmələr zamanı razılaşdırılıb.

Gununsesi.info