BMT Təhlükəsizlik Şurası Suriyada vəziyyəti müzakirə edəcək

  • By admin
  • 13 Aprel 2018 09:12

BMT Təhlükəsizlik Şurası aprelin 13-də keçiriləcək açıq iclasında Suriyada vəziyyəti müzakirə edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Qeyd edək ki, daha öncə Rusiya bu cür iclasın keçirilməsi ilə bağlı sorğu ilə müraciət edib.

Xatırladaq ki, aprelin 12-də Boliviyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Suriya məsələsinə dair qapalı iclas keçirib.

Gununsesi.info