BMT Təhlükəsizlik Şurasında 31 ildən sonra bir ilk: O ölkəyə qoyulan embarqo qaldırıldı

  • By admin
  • 02 Dekabr 2023 10:48

BMT-nin Təhlükəsizlik Şurası 1992-ci ildən Somaliyə tətbiq etdiyi silah embarqosunu ləğv etmək qərarı verib.

Gununsesi.info xəbər verir ki, Somaliyə silah embarqosunun ləğvi ilə bağlı qətnamə layihəsi 15 üzvdən ibarət BMT Təhlükəsizlik Şurasının iclasında səsə qoyulub. Qətnamə layihəsi yekdilliklə qəbul edilib.

Somalinin BMT-dəki daimi nümayəndəsi Abukar Dahir Osman səsvermədən sonra çıxışında bu qərarın Somalinin təhlükəsizlik təhdidləri ilə mübarizəsinə töhfə verəcəyini bildirib.

BMT Təhlükəsizlik Şurası 1992-ci ildən ordunun silah, sursat və bomba hazırlama materiallarının Əl-Şəbabın əlinə keçməsinin qarşısını almaq üçün Somaliyə silah embarqosu qoyub.

Gununsesi.info