Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) ABŞ-ın təqdim etdiyi qətnamə layihəsi ilk olaraq səsə qoyulub.
Gununsesi.info xəbər verir ki, qətnamə layihəsinin lehinə 10 ölkə səs verib, 2 ölkə bitərəf qalıb, 3 ölkə isə əleyhinə çıxıb. Sənədin əleyhinə səs verən Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olduğu üçün qətnamə layihəsinə veto qoyulub.
ABŞ-ın veto qoyduğu qətnamə layihəsində “HƏMAS-ın 7 oktyabrda həyata keçirdiyi terror aktları qətiyyətlə pislənilib” və ölkələrin özünümüdafiə hüququna malik olduğuna işarə edilib.
Qətnamə layihəsində “humanitar atəşkəs”in zəruriliyinə işarə edilərkən, Qəzzaya davamlı yardımların göstərilməli olduğu qeyd edilib.
Rədd edilən qanun layihəsində bütün tərəfləri beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyə çağırış və “Qəzzada HƏMAS da daxil olmaqla bütün terror təşkilatlarına silah verilməsinin” qarşısını almaq üçün addımların atılması tələbi yer alıb.
ABŞ-ın səsverməsindən sonra Rusiyanın Qəzzada humanitar atəşkəs tələb edən qətnamə layihəsi səsverməyə çıxarılıb.
Qatnamə layihəsinə 4 lehinə, 9 bitərəf və 2 əleyhinə səs verilib.
ABŞ və Böyük Britaniyanın daimi üzvlərindən “yox” səsi alan Rusiya qətnamə layihəsi rədd edilib.
Rusiyanın rədd edilən qətnamə layihəsində Qəzzadakı humanitar vəziyyətə diqqət çəkərək, vəziyyətin bütün regionda təhlükəsizlik və sülhü təhdid etdiyi vurğulanıb.
Davamlı və bütün tərəflər tərəfindən hörmət edilən humanitar atəşkəsin təmin edilməsi üçün çağırılan qətnamə layihəsinin humanitar yardımların daşınmasına və mülki şəxslərin qorunmasına töhfə verəcəyi qeyd edilib.
Layihədə “HƏMAS-ın dəhşətli hücumları” qınanın və girovların dərhal azad edilməsini istənilib.
Rədd edilən layihədə tərəflərə beynəlxalq hüquqa uyğun olaraq öhdəliklərini yerinə yetirmək çağırışı da yer alıb.
BMT Təhlükəsizlik Şurası 10 gün ərzində İsrail-Fələstindəki vəziyyətlə bağlı dörd qərara veto qoyub.
Qeyd edək ki, ötən həftə Braziliya və Rusiyanın iki fərqli qətanamə layihələri rədd edilmişdi.
Gununsesi.info