BMT Təhlükəsizlik Şurasında Qəzza anlaşılmazlığı: Sessiya təxirə salındı

  • By admin
  • 19 Dekabr 2023 09:35

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Qəzzada qarşıdurmalara son qoyulması və humanitar yardımın artırılmasına dair qətnamə layihəsinin səsverməyə çıxarılacağı sessiya üzv dövlətlər arasında razılıq əldə oluna bilmədiyi üçün təxirə salınıb.

Gununsesi.info xəbər verir ki, BMT Nyu-Yorkun yerli vaxtı ilə saat 17:00-da keçirilməsi planlaşdırılan Qəzza sessiyasının ləğv edildiyini açıqlayıb.

BMT mənbələrindən əldə edilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səsverməyə çıxarması planlaşdırılan Qəzza qanun layihəsi ilə bağlı üzv dövlətlər hələ də razılığa gələ bilməyib.

Bu gün səhər səsverməyə çıxarılması planlaşdırılan qətnamə layihəsində Qəzzada “münaqişənin dayandırılması” və “humanitar yardımların artırılması” tələb olunur.

Qətnamə layihəsində bütün tərəflər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki şəxslərin müdafiəsi üzrə öhdəliklərini yerinə yetirməyə çağırılır və BMT Baş Katibindən yardıma nəzarət mexanizminin yaradılması tələb olunur.

BMT-nin yardımın humanitar yardım olduğunu təsdiqləməsini və yardım növləri ilə bağlı “Fələstin Administrasiyası və İsrail”ə məlumat verməsini tələb edən qətnamə layihəsində yardımın paylanması üçün lazımi yanacağın təmin edilməsi çağırışı yer alır.

Qətnamə layihəsində bütün girovların azad edilməsi tələb olunur və beynəlxalq humanitar hüququn istənilən pozulması pislənir.

Mənbələr bildirir ki, ABŞ “münaqişələrin sonu” ifadəsinin dəyişdirilməsini istəyir.

Gununsesi.info