BMT Təhlükəsizlik Şurasında təcili toplantı: Ortaq qərar qəbul edilə bilmədi

İsrail və HƏMAS arasında müharibə davam edərkən BMT Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib, lakin həmişə olduğu kimi, birgə bəyanat üçün tələb olunan yekdilliyə nail ola bilməyib.

Gununsesi.info-nun məlumatına görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini səfir Robert Vud bildirib ki, bir sıra ölkələr HƏMAS-ın hücumlarını qınayıb. Vud bütün üzvlərin qınama qərarı ilə razılaşmadığını bildirib.

Bu ölkələr arasında BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Rusiyanın da olduğu bildirilib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ölkəsinin hücumları pisləməməsinin doğru olmadığını bildirib. “Mülki insanlara qarşı edilən bütün hücumları pisləyirik”, – deyə o qeyd edib. Nebenzya bildirib ki, Rusiyanın mesajı “münaqişəni dərhal dayandırmaq, atəşkəsə nail olmaq və onilliklər ərzində dayanmış mənalı danışıqlara başlamaq”dır.

Səid Əhmədli
Gununsesi.info