BMT Təhlükəsizlik Şurasından son dəqiqə Qəzza QƏRARI

  • By admin
  • 08 Dekabr 2023 14:20

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş dünən Qəzza zolağı ilə bağlı BMT Nizamnaməsinin 99-cu maddəsini aktivləşdirdikdən sonra BMT Təhlükəsizlik Şurası sabah təcili iclas keçirməyə qərar verib.

Gununsesi.info xəbər verir ki, Təhlükəsizlik Şurasına sədrlik edən Ekvador, iclasın sabah yerli vaxtla saat 10:00-da BMT-nin ABŞ-ın Nyu-Yorkdakı mənzil-qərargahında başlayacağını açıqlayıb.

BMT agentlikləri və onların tərəfdaşları da daxil olmaqla, 27 yardım təşkilatı birgə bəyanatında Qəzza zolağında vəziyyətin “şahid olduqları ən pis vəziyyətlər arasında” olduğunu vurğulayan o, humanitar səylərin “demək olar ki, qeyri-mümkün hala gəldiyini” bildirib. Bəyanatda hərbi əməliyyatların dərhal dayandırılması tələb olunub.

Xatırladaq ki, Quterreş dünən Qəzza zolağında humanitar fəlakəti dayandırmaq üçün əlində olan ən güclü diplomatik vasitə sayılan BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edib. Quterreş BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda Təhlükəsizlik Şurasını beynəlxalq sülh və təhlükəsizliyə təhdid olan İsrail-Fələstin böhranı ilə bağlı tədbir görməyə çağırıb.

Gununsesi.info