“BMT Təhlükəsizlik Şurasını məhkəməyə verməliyik” – Azərbaycanlı deputat

  • By admin
  • 25 Dekabr 2020 13:11

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindən sonra hökuməti tənqid etmək düzgün olmaz, onları təbrik edirəm. Bununla belə, biz şəhid ailələrinə, qazilərə daha diqqətlə yanaşmalıyıq, bizə qələbəni qazandıran onlar oldu”.

Gununsesi.org-un məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin Hüqüq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Millət vəkili qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının səhlənkarlığı nəticəsində torpaqlarımız işğal olunub, işğal olunmuş ərazilərdə dağıntılar törədilib: “Haitidə BMT sülhməramlıları təhlükəli xəstəliyin yayılmasında günahlandırılaraq məhkəməyə verilmişdi. Biz də BMT Təhlükəsizlik Şurasını səhlənkarlığına görə məhkəməyə verməliyik”.

Həsənquliyev şəhid ailələri və müharibə əlillərə ayrılan müavinətlərin məbləğinin ən azı 3 dəfə artırılmasını da təklif edib.

Gununsesi.org