BMT Təhlükəsizlik Şurası Qəzza zolağına humanitar yardımla bağlı qətnamə layihəsinin səsverməsini dördüncü dəfə təxirə salıb.
Gununsesi.info xəbər verir ki, “Anadolu” agentliyi müxbirinin BMT-dəki mənbələrindən əldə etdiyi məlumata görə, qətnamə layihəsinə səsvermə cümə gününə təxirə salınıb.
Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Birləşmiş Ərəb Əmirliklərinin Qəzza ilə bağlı təqdim etdiyi qətnamə layihəsi üzərində son bir həftə ərzində intensiv iş aparıldığını bildirmişdi.
Qrinfild qeyd edib ki, qətnamənin qəbulu ehtiyacı olanlara humanitar yardım göstərəcək. O qeyd edib ki, ABŞ qətnamə layihəsinə bizim tələb etdiyimiz dəyişikliklər edilərsə, onu dəstəkləyəcək.
Lakin gözlənilən səsvermə baş tutmayıb və dördüncü dəfə təxirə salınıb.
Gununsesi.info