BMT “Taxıl sazişi”nə görə toplanacaq

  • By admin
  • 20 İyul 2023 20:49

BMT Təhlükəsizlik Şurası iyulun 21-də iclas keçirəcək.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın taxıl sazişində iştirakını dayandırması ilə bağlıdır.

İclas Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, 22 iyul 2022-ci ildə Rusiya və Ukrayna BMT və Türkiyənin vasitəçiliyi ilə Qara Dəniz Taxıl Təşəbbüsü barədə razılıq əldə edib.

Saziş bu həftənin əvvəli başa çatıb və Rusiya müqavilədə iştirakını dayandırıb.

Gununsesi.info