
BMT-nin yeni Baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasında islahatların keçirilməsinə tərəfdar olduğunu bəyan edib.
Axar.az xəbər verir ki, Yaponiya Xarici İşlər nazirinin müavini Şinsuke Suqiyama yanvarın 6-da BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında A.Quterreşlə görüş keçirib.
Quterreş yaponiyalı nazir müavininə deyib ki, Təhlükəsizlik Şurasının tərkibinin yarım əsrdən çox müddətdə sabit qalması ilə bağlı vəziyyəti dəyişmək lazımdır.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinin tərkibi 1965-ci ildə dəyişdirilərək 4-dən 10-a qaldırılıb. Bununla yanaşı, Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı dəyişməz qalıb.
Gununsesi.info