Küveyt BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Gununsesi.info xəbər verir ki, buna səbəb kimi Qəzza sektorunda etiraz aksiyalarının qarşısının İsrail tərəfindən sərt müdaxilə tədbirləri ilə alınması göstərilib.
Qeyd edək ki, bu gün ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçirilib. ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi qərarına Qəzza sektorunda ciddi etirazlar edən fələstinlilərə qarşı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 52 nəfər həlak olub. Yaralananların sayı isə 2410-a çatıb.
Gununsesi.info