“Azərbaycan prezidenti mədəniyyətlərarası dialoqun inkişafı üçün dəstəyini əsirgəmir. Bu gün Azərbaycan ahəngdarlıq ölkəsidir”.
Gununsesi.info apa-aya istinadən məlumat verir ki, bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri söyləyib.
İSESCO-nun baş direktoru deyib ki, Azərbaycan sülh, demokratiya və inkişaf ölkəsidir: “Dünyaya sülh lazımdır. Ancaq sülh fobiyalar, ədalətsizlik olduğu şəraitdə mümkün deyil. Ancaq super güclər yalnız öz maraqları üçün mübarizə apardıqları üçün buna nail ola bilmirik. Dağlıq Qarabağ münaqişəsi də bunu göstərir. Azərbaycanın ərazi bütövlüyü pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Bu gün Suriyada mədəni irs məhv edilir. BMT Təhlükəsizlik Şurası öz vəzifəsini yerinə yetirə bilmir”.
Əbdüləziz bin Osman əl-Tüveycri bildirib ki, bu gün zənginlər daha da zənginləşir, yoxsullar daha da yoxsullaşır: “Mən buna qarşıyam, bu, səfeh hərəkətdir. Zəngin ölkələr bir yerdə, kasıb ölkələr bir yerdə qalıb. İSESCO bu istiqamətdə işləyir. Apardığımız fəaliyyət dialoqun inkişafına, xalqların yan-yana dinc şəraitdə yaşamasına yönəlib. Azərbaycan prezidentinin üzərinə götürdüyü məramın yerinə yetirilməsinə də töhfə verəcəyik”.
Gununsesi.info