BMT Türkiyədəki zəlzələdən zərərçəkənlər üçün 1 milyard dollarlıq yardım çağırışı etdi

  • By admin
  • 17 Fevral 2023 13:44

BMT qarşıdakı 3 ay içində Türkiyədəki zərərçəkənlərə daha çox yardım edilməsi üçün çağırış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, qurumdan verilən açıqlamada zəlzələ bölgəsində 5 milyondan çox zərərçəkənə 1 milyard dollarlıq yardım edilməsi üçün qurumun Baş katibi Antonio Qutyereş yeni bir kampaniya başlatdıqlarını açıqlayıb.

Qutyereş 36 mindən çox insanın ölümünə səbəb olan zəlzələnin yaralarını sarımaq üçün beynəlxalq ictimaiyyətə bu təşəbbüsü tam dəstəkləmək üçün səsləniş edib.

 

Gununsesi.info