BMT Türkiyənin Paris Sazişini təsdiq etməsini alqışladı

  • By admin
  • 08 Oktyabr 2021 09:05

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyə Böyük Millət Məclisinin Paris İqlim Sazişini təsdiqləməsini alqışlayır.

Gununsesi.info xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

O deyib ki, bütün ölkələrin anlaşmanın məqsədlərinə çatması üçün səylərini artırmağa davam etmələri çox vacibdir.

Dujarrik BMT baş katibi Antonio Quterreşin G20 ölkələrinin bu məsələdə irəliləməli olduqlarını açıq şəkildə ifadə etdiyini də söyləyib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisi Paris İqlim Sazişinin ratifikasiyası haqqında qanun layihəsini qəbul edib.

Gununsesi.info