Ukrayna-Rusiya müharibəsində həlak olan mülki vətəndaşların sayı 10 mini keçib.
Gununsesi.info xəbər verir ki, BMT baş katibinin siyasi və sülh quruculuğu üzrə müavini Rozmari DiKarlo Ukrayna-Rusiya müharibəsinin ilk günündən bu yana 10 min 382 nəfərin öldüyünü, 19 min 659 nəfərin isə yaralandığını bildirib.
DiKarlo fevralın 3-də Ukraynanın Luqanks vilayətində Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə 28 nəfərin həyatına son qoyan hücumdan sonra Moskva administrasiyasının tələbi ilə toplanan BMT Təhlükəsizlik Şurasında çıxış edib.
DiKarlo bildirib ki, son bir neçə həftə ərzində Ukraynanın nəzarəti altında olan bölgələrdə Rusiya hücumları intensivləşib.
“Keçən həftə zorakılıqlarda nəzərəçarpacaq artım müşahidə olunub və xüsusilə Zaporojye bölgəsində 570-dən çox yaşayış məntəqəsi hədəfə alınıb. Hücumlarda 12 dinc sakin ölüb, 60 nəfər yaralanıb”, – deyə o bildirib.
Gununsesi.info