BMT Ukraynada ölən dinc sakinlərin sayını açıqladı

  • By admin
  • 01 Mart 2022 16:15

“Hər meydan Azadlıq Meydanı olacaq. Bizi heç kim sındıra bilməz. Arzumuz övladlarımızın yaşamasıdır. Məncə, doğrusu budur, çünki dünən 16 uşaq dünyasını dəyişib. Yenə Putin deyəcək ki, bu, bir növ əməliyyatdır. Uşaqlarımız harada işləyir ki? Hansı tankları sürürlər?”

Gununsesi.info xəbər verir ki, bu fikirləri Ukraynanın Prezidenti Volodimir Zelenski Avropa Parlamentində onlayn çıxışında söyləyib.

“Əziz insanlar, bizim çox motivasiyalı xalqımız var, biz öz hüquqlarımız, azadlığımız, həyat üçün, indi isə sağ qalmaq üçün mübarizə aparırıq. Biz Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. Bizimlə Aİ daha güclü olacaq. Gücümüzü sübut edəcəyik. Bizimlə olduğunuzu sübut edin, avropalı olduğunuzu sübut edin, onda həyat ölümə, işıq da qaranlığa qalib gələcək”, – deyə dövlət başçısı vurğulayıb.

Nitqinə “Yaşasın Ukrayna!” sözləri ilə son verən V.Zelenskinin çıxışından sonra deputatlar ayağa qalxaraq onu alqışlamağa başlayıb.

 

 

 

Gununsesi.info