![](https://www.gununsesi.info/wp-content/uploads/2021/07/ukrayna_xin.jpg)
Ukraynadan onunla qonşu olan ölkələrə gələn qaçqınların sayı 4 milyonu ötüb.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarının idarəsindən bildiriblər.
İdarənin saytında yerləşdirilmiş məlumata əsasən, fevralın 24-dən martın 29-dək Ukraynanı tərk edən qaçqınların sayı 4 milyon 19 min 287 nəfərə çatıb. Sutka ərzində onların sayı 117 min nəfərdən çox artıb.
Fevralın 24-dən martın 29-dək olan müddətdə, o cümlədən Polşaya 2 milyon 336 min 799, Rumınıyaya 608 min 936, Moldovaya 387 min 151, Macarıstana 364 min 804 nəfər ukraynalı qaçqın gəlib.
Gununsesi.info