İsrailin Qəzzada qeyri-insani əməlləri davam edir. İsrailin ac və susuz qoyaraq fəlakətə məcbur etdiyi xalq təmiz su qıtlığından əziyyət çəkir. Həmçinin bildirilib ki, zibilin toplandığı ərazilərdə xəstəliklər pik həddə çatıb.
Gununsesi.info xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) X sosial media hesabında İsrailin hücumlarının davam etdiyi Qəzzada baş verən humanitar fəlakətlə bağlı paylaşım edib.
Paylaşımda İsrailin blokadası altında olan Qəzzada sağlamlıq vəziyyətinin dayanıqlı olmadığı vurğulanıb və hücumlardan qaçanların sığındığı UNRWA sığınacaqlarının dolu olduğuna diqqət çəkilib.
Təmiz su qıtlığı ilə yanaşı, bərk məişət tullantılarının da yığıldığı, xəstəliklərin yayılmasının pik həddə çatdığı və mövcud vəziyyətin fəlakət olduğu vurğulanıb.
İsrailin hücumları və blokadasının davam etdiyi Qəzza zolağının şimalında səhiyyə sektorunun vəziyyətinin son dərəcə ağır olduğu bildirilib.
Gununsesi.info