Yəməndə üsyançı husilər barışığa razılıq veriblər və BMT yaxın günlərdə ölkədə atəşkəsin başlandığını elan edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin xüsusi elçisi İsmayıl Uld Şeyx Əhməd Omanın ONA agentliyinə açıqlamasında bildirib.
Yəməndə vətəndaş müharibəsi 2014-cü ildən davam edir və sülh danışıqları uğurla nəticələnməyib. Danışıqlar avqust ayında müqavilə imzalanmadan başa çatıb və həmin vaxtdan Yəməndə döyüşlər şiddətlənib.
Şeyx Əhməd ötən cümə axşamı Omanın paytaxtı Məsqətdə hüsilərin nümayəndə heyəti və onların sabiq prezident Əli Abdullah Salehin partiyasından olan müttəfiqləri ilə görüşüb.
“Görüşlər uzun və müsbət oldu. Onlar Yəməndə sonradan uzadılma mümkünlüyü ilə 72 saatlıq atəşkəsin elan olunmasına razılaşıblar”, — deyə BMT-nin xüsusi elçisi bildirib.