BMT: Zəlzələnin ardından 1.5 milyon adam evsiz qaldı

  • By admin
  • 23 Fevral 2023 19:39

“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı”nın mütəxəssisləri Türkiyədəki zəlzələdən sonra 1.5 milyon adamın evsiz qaldığını açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın usta mütəxəssisləri, ayrıca qarşılaşılan dağıntı qarşısında, ən azı 500 min yeni binanın tikilməsinə ehtiyac olduğunu bildirib.

Xatırlada ki, Türkiyədə Qəhərmanmaraş, Hatay və digər şəhərlərdə yaşanan dəhşətli zəlzələlər zamanı 42 mindən çox insan həlak olub. 100 minə yaxın insan yaralanıb. 130 min insan isə dağıntılar altından xilas edilib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info