BMU-da hesabat yığıncağı keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) 2018/2019- cu il üzrə hesabat yığıncağı keçirilib. 

Gununsesi.org xəbər verir ki, tədbirdə universitetin rəhbərliyi və TEC-in üzvü olan tələbələr iştirak edib.

Məlumat üçün bildirək ki, BMU-da tədrisin keyfiyyəti ilə yanaşı, tələbələrin hərtərəfli kadr kimi yetişməsi üçün lazımi şərait yaradılıb. Universitetdə tələbə təşkilatları, sosial və elmi tələbə klubları fəaliyyət göstərir. Hər bir təşkilat və klub il ərzində fəaliyyət istiqamətinə uyğun işlər görür, ilin sonunda universitet rəhbərliyi və tələbələr qarşısında hesabat verir. Universitet həyatında fəallığı ilə seçilən tələbə təşkilatlarından biri də 2017-ci ildən fəaliyyət göstərən TEC-dir.

BMU TEC-in sədri, universitetin kimya müəllimliyi (ingiliscə) ixtisasının tələbəsi Mahtəb Abbasova il ərzində təşkilatın gördüyü işlərdən danışıb. Bildirib ki, təşkilat üzvləri yerli və beynəlxalq  konfranslarda və layihələrdə fəal iştirak edib, tələbələr üçün elmi seminarlar təşkil olunub.

BMU-nun  rektoru, professor Havar Məmmədov TEC-in fəaliyyətini müsbət qiymətləndirib.  Rektor ali təhsil müəssisələrinin tələbələrinə yüksək bilik verməklə yanaşı, onların hərtərəfli kadr kimi yetişməsinə də şərait yaratmalı olduğunu və bu işlərin BMU-da yüksək səviyyədə təşkil oldunduğunu  diqqətə çatdırıb. 

Tədbirin sonunda universitet tərəfindən TEC-in rəhbər heyəti və fəal üzvlərinə hədiyyə və sertifikatlar təqdim olunub.

Gununsesi.org