BMW 1 milyon avtomobilini geri çağırır - YANĞIN RİSKİ VAR

  • By admin
  • 10 Mart 2022 23:54

Ötən dövrün ən əhatəli geri çağırma əməliyyatlarından birinə imza atan BMW, potensial yanğın riskləri səbəbindən dünya üzrə 1 milyondan çox avtomobili geri çağıracağını açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, 1 Series, 3 Series, X3, 5 Series, X5 və Z4 modelləri də daxil olmaqla, 2006-2013-cü illər arasında istehsal edilmiş bir sıra avtomobillər geri çağırılmaya daxil edilib.

Bildirilib ki, brendin geri çağırma əməliyyatı 2006-2013-cü illər arasında istehsal edilmiş çoxlu sayda avtomobilləri, o cümlədən 1 Series, 3 Series, X3, 5 Series, X5 və Z4 modellərini əhatə edir. Bildirilib ki, geri çağırma müsbət karterin ventilyasiya klapanının (PCV) qızdırıcısının qısaqapanması və yanğın riskini artıra bilməsi ehtimalına cavab olaraq həyata keçirilib.

Açıqlamada qeyd edilib ki, geri çağırış ABŞ-da 917 min 106, Kanadada 98 min, Cənubi Koreyada isə 18 min avtomobili əhatə edib.

 

Gununsesi.info