
Rusiyanın “BMW” bankı azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Ələkbər İsmayılovu müflis elan etmək niyyətindədir.
Gununsesi.info rus KİV-nə istinadən xəbər verir ki, bank bəyanat verərək Ələkbər İsmayılovun müflis kimi tanımasını istəyib. Lakin bank nümayəndəliyi iddia tələbindəki məbləği açıqlamaqdan imtina edib.
Qeyd edilir ki, “AST Trans market”in səhmlərinin 31.7%-i Ələkbər İsmayılova, bir o qədəri qardaşı Sərxana, yerdə qalan səhmlər isə qohumları Zaur Mərdanova məxsusdur.









