BMW yük maşını ilə toqquşdu: ölən var

  • By admin
  • 18 İyul 2017 22:05

3e7bd5bb6e025c249a250cf776759711
Balakəndə baş verən ağır yol qəzasında bir nəfər ölüb, daha bir nəfər isə ağır xəsarət alıb.

APA-nın  məlumatına görə, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində baş verib. Rayonun Püştətala kənd sakini, 1984-cü il təvəllüdlü Qurban Əli oğlu Alqayevin idarə etdiyi “Ford” markalı 99 DK 782 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə Balakən şəhər sakini, 1963-cü il təvəllüdlü Tofiq Əli oğlu Məcidovun idarə etdiyi BMW markalı 99 CG 855 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəzadan sonra yük maşının sürücüsü Qurban Alqayev xəsarət almasa da, BMW-nin sürücüsü Tofiq Məcidov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb.

Tofiq Məcidovun sərnişini, Balakən rayonu Gərəkli kənd sakini, 1979-cu il təvəllüdlü Xalidə Qurban qızı Bodurova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən MRX-a aparılıb.

Balakən MRX-dan APA-ya bildirlib ki, Xalidə Bodurova xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info