
Ağayevin “Boavişta”dan kənarlaşdırılması təsdiqlənib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu xəbəri Portuqaliya klubunun rəsmi Feysbuk səhifəsi yayıb.
Pireneylilər qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Bununla da martın 26-da keçirilən Azərbaycan – Almaniya oyunundan (1:4) sonra yığmamızın baş məşqçisi Robert Prosineçkinin dedikləri təsdiqlənib. Həmin vaxt xorvatiyalı mütəxəssis Kamranın klubsuz qaldığını açıqlasa da, qapıçı həmin vaxtdan ölkəmizdə qalsa da, “Boavişta” rəsmi məlumat yaymamışdı.
Gununsesi.info