Fevralın14-də Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri, general Maykl Flinn istefa verdikdən sonra, ABŞ prezidenti Donald Tramp onun yerinə hazırda təqaüddə olan admiral Bob Harvardın namizədliyini irəli sürüb.
Amma admiral Bob Harvard Trampın bu təklifi rədd edib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika mediasında dərc olunan xəbərlərdə bildirilir ki, Bob Harvardın öz heyətini qurmaq tələbi Ağ Ev tərəfindən rədd edilincə, ona təklif olunan vəzifəsi qəbul etmədiyi iddia olunur.
Xatırladaq ki, Maykl Flinn istefasına səbəb onun hələ vəzifəsinin icrasına başlamazdan öncə, prezident Donald Trampın andiçməsindən əvvəl, Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla telefon danışıqlarında ona Rusiyaya qarşı tətbiq olunmuş sanksiyaların ləğv edilə biləcəyi barədə vəd verməsi olub.
Anar
Gununsesi.info