Keçmiş deputat məşhur modeli söyüb, təhdid etdi- "RƏDD OLUN məmləkətinizə!" - VİDEO

Məşhur iş adamı və keçmiş CHP millət vəkili Aydın Ayaydın Azərbaycan və Dubayda sərmayələri ilə ad çıxaran azərbaycanlı model Diana Əhədpurla çimərlikdə dava edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, mübahisə azərbaycanlı modelin 6 yaşlı oğlunun dənizdə çimərkən ətrafa su sıçratmasına görə yaranıb.

HTML tutorial

Diana Əhədpurun 6 yaşlı oğlunu dənizə girərkən ətrafa su sıçratması Aydın Ayaydının əsəblərinə toxunub. Bundan sonra o, balaca oğlanın üstünə qışqırıb. Balaca oğlan ağlaya-ağlaya anasının yanına gedərək hər şeyi danışıb və mübahisə bundan sonra başlayıb. Diana Aydın Ayaydının yanına gedərək “Niyə uşağıma qışqırıb ağlatdın? Yanıma gəlib mənə deyərdin, niyə uşağımı qorxudursan?”, – deyə xəbərdarlıq edib.

Bu zaman iş adamı Ayaydın Diana Əhədpura “Gedin buradan! Doğma şəhərinizə gedin!” deyə qışqırıb və model xanımın ünvanına nalaiq ifadələr səsləndirib.

Sözügedən hadisənin görüntüləri təqdim edirik:

Gununsesi.info