
ABŞ-da uçuş zamanı “Alaska Airlines”ə məxsus “Boeing” markalı təyyarənin gövdəsinin bir hissəsinin yerə düşməsinin əks-sədası davam edərkən, bu dəfə Atlantada havaya qalxan zaman “Delta Airlines”ə məxsus eyni markalı təyyarənin burun təkəri yerə düşüb.
Gununsesi.info xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) açıqlamasına görə, Atlantadakı beynəlxalq hava limanından Kolumbiyanın paytaxtı Boqota istiqamətində havaya qalxan Boeing 757 tipli təyyarənin burun təkəri qəfildən yerindən çıxıb.
Burun təkəri yaxınlıqdakı təpəyə çırpıldıqdan sonra 170-dən çox sərnişini daşıyan təyyarə təcili eniş edib və insident nəticəsində xəsarət alan olmayıb.
Sərnişinlər başqa təyyarə ilə səyahətə davam edərkən, “Boeing” hadisə ilə bağlı heç bir açıqlama verməyib. FAA hadisə ilə bağlı araşdırma aparıldığını qeyd edib.
Digər tərəfdən, Alaska Hava Yolları donanmasında olan “Boeing Max 9” tipli təyyarənin yanvarın 5-i axşam saatlarında havada olarkən gövdəsinin bir hissəsini itirməsi ilə əlaqədar başlatdığı təhqiqatın təfərrüatlarını paylaşyıb.
Alyaska Hava Yollarının Baş İcraçı Direktoru (CEO) Ben Minicucci NBC kanalına verdiyi açıqlamada qeyd edib ki, donanmalarında olan “Boeing Max 9” təyyarələrində apardıqları yoxlamalar nəticəsində çoxlu boş boltlar aşkar ediblər.
Gununsesi.info