“Boeing” üzərində təzyiqlər artır: Geri çağırılan təyyarələrdə istehsal xətası ortaya çıxdı

  • By admin
  • 09 Yanvar 2024 11:56

“United Airlines” və “Alaska Airlines” sərnişin təyyarəsinin şüşəsinin havada sındığı qəzadan sonra geri çəkilmiş 737 MAX tipli təyyarələrdə boş bolt hissələri tapsa da, “Boeing”ə təzyiq artır.

Gununsesi.info xəbər verir ki, “Alaska Airlines ALK.N”ə məxsus “Boeing BA.N 737 MAX 9” tipli təyyarə ötən həftənin cümə günü uçuş zamanı gövdə panelinin qopması səbəbindən təcili eniş edib, bundan sonra ABŞ tənzimləyiciləri eyni tipli 171 təyyarənin uçuşunu dayandırıb.

Hadisədən sonra Türk Hava Yolları (THY) donanmasında eyni tipli 5 təyyarənin uçuşunu dayandırıb.

Alyaska Hava Yolları yaydığı açıqlamada ilkin yoxlamaların bəzi təyyarələrdə “boş hissələrin” olduğunu göstərdiyini bildirib. Alyaska Hava Yolları rəsmi araşdırmalara başlamaq üçün ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və “Boeing”dən sənədləri gözləyir.

“United Airlines” ilkin araşdırmalarının sonunda birdən çox təyyarədə bərkidilməsi lazım olan boltlar tapdığını açıqlayıb. Məsələ ilə bağlı məlumatlı mənbə bildirib ki, “Yunayted” 10-a yaxın təyyarədə boş boltlar tapıb.

Açıqlamalar “MAX 9” tipli təyyarələrin istehsal prosesi ilə bağlı narahatlıqları artırıb. “Boeing”, FAA və aviaşirkətlər arasında lazımi araşdırma qaydaları ilə bağlı müzakirələr davam edir.

Mənbələr bildiriblər ki, təyyarələrin təmiri üçün əvvəlcə “Boeing” aviaşirkətləri ilə paylaşdığı direktivi yeniləməli və tənzimləyici qurum FAA dəyişiklikləri təsdiqləməlidir.

“Boeing” səhmləri dünən 8 faiz ucuzlaşıb. “Boeing” üçün hissələri istehsal edən “Spirit AeroSystems”in səhmləri 11 faiz ucuzlaşıb.

Gununsesi.info