“Boeing”in eniş zolağında uşaq meyiti tapıldı

  • By admin
  • 08 Yanvar 2020 16:45

Fransada təyyarənin eniş zolağında uşaq cəsədi tapılıb.

Gununsesi.org Airlive.net-ə istinadən xəbər verir ki, dünən axşam Fil dişi sahilindən (Kot-d’İvuar) Parisə uçan “AirFrance” aviaşirkətinə məxsus “Boeing 777” təyyarəsi bu gün səhər saat 06:00-da Parisdə eniş edib.

Təyyarənin eniş zolağının sol hissəsində 10 yaşlı uşağın meyiti tapılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Gununsesi.org