Böhran Afaq Məsudu da “vurdu”: "AYDIN YOL"QƏZETİ BAĞLANDI

  • By admin
  • 06 Yanvar 2017 11:11

afaq

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində yeni ildən ixtisarlara başlanılıb. 

Gununsesi.info-nun məlumatlı mənbədən əldə etdiyi xəbərə görə, ixtisarlar yuxarıların tapşırığı ilə həyata keçirilir. Səbəb də maliyyə çatışmazlığıdır.

Məlumata görə, artıq Mərkəzin bir neçə işçisi yeni ildən öz işi ilə vidalaşmalı olub.

Həmçinin, Mərkəzin rəsmi orqanı olan “Aydın Yol” qəzeti də bağlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (Az.TM) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 23 may tarixli Sərəncamıyla yaradılıb.

Gununsesi.info