“Böhranın əksər sahələri “vurduğu” göz önündədir” - Ekspert

  • By admin
  • 30 Noyabr 2016 17:37

tarif

«Tarif Şurasının son qaz və işığın qiymətinin bahalaşdırmasından sonra digər təbii inhisarçı şirkətlər tariflərinin artırılmasını istəyəcəklər”.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Məhəmməd Talıblı öz blogunda qeyd edib.

İqtisadçı vurğulayır ki, bahalaşma dalğavarı xarakter daşıyacaq: “Tutaq ki, su təminatını həyata keçirən “Azərsu” ASC-yə müraciətində göstərəcək ki, suyun çatdırılması zamanı enerjidən istifadə zamanı xərclərimiz artıb. Çünki “Azərişıq” isə qeyri-əhali kateqoriyasına daxil olduğu üçün (7+4 artımla)11 qəpiklə elektrik enerjisini bizə satdığınıəsas gətirib qiymətləri artırıb. Onların qiymət artımına uyğun olaraq biz gəlir və xərclərimizi optimallaşdıra bilmirik. Bütün şirkətlərdə analoji müraciətlər qiymət artımıüçün əsas olacaq. Sonradan buna özəl sektor qarışacaq. İqtisadiyyatın özündə bir bahalaşma tednesiyası güclənəcək. Deməli, bu məntiqlə suyun, metropolitendə gediş haqlarının, təyyarə ilə uçuş qiymətlərinin, dəmiryolunda tariflərin də yüksələcəyi gözləniləndir. Çünki, təbii inhisarçışirkətlərin qiymət artımları zəncirvari reaksiya prinsipinə görə müəyyənləşir. Deməli, Tarif Şurasının bu addımı son qiymət artımı olmayacaq”.

M.Talıblıya görə, bu addım vətəndaşların kommunal ödənişlər üzrə xərclərini artıracaq və buna uyğun olaraq istehlak bazarında da qiymət artımlarına gətirib çıxaracaq: “Bu isə hər bir vətəndaşın aylıq büdcəsində sırf yaşam üçün nəzərdə tutulan xərclərinin xüsusi çəkisinin artmasına gətirib çıxaracaq. Onsuz da ölkədə ortalama olaraq vətəndaşlarımız aylıq gəlirlərinin 72,3 faizini yalnız ərzaq məhsullarına sərf edirdi. Bura artan kommunal xərcləri dəəlavə etsək, onda təkcə bio-fizioloji ehtiyaclarının təmin edilməsinə bütün xərcləri ancaq ki, yetəcək. Bu yoxsulluq dərinliyinə yuvarlanan sosial qrupların əhatəsini genişləndirəcək”.

“Azərbaycanın özü neftlə bərabər səmt qazını da çıxarır və “Əsrin kontraktı”şərtlərinə görə onu Azərbaycan tərəfi bir qəpik ödəmədən alır. (2,5 milyard kubmetr). Ölkədə isəəhalinin illik qaz tələbatı 2,8 milyard kubmetrdir. Heç bir ödəniş etmədən alınan qazıöz vətəndaşımıza yüksəldilən qiymətlərlə satırıq. AmmaErmənistanisətəbiiqazlabağlı 5 faiz (21 sent) endirimedib. O zaman bizim neft və qazla zəngin ölkə olmağın hansı üstünlüyü oldu?”-deyə, iqtisadçı sonra qeyd edir.

Onun fikricə, qiymət artımıözü ilə bərabər inflyasiya “qatarını” da ümumi platformaya gətirəcək: “İstehlak mallarının qiymətləri artması fonunda dövlət büdcəsindən faydalananlar üçün,əslində, effektiv sosial siyasət həyata keçirilməlidir. Əks halda onların gəlirlərinin sürəti inflyasiyanın ümumi tempindən geridə qalacaq”.

Dövlət büdcəsnin “yamağın”necə tutmalı?

M.Talıblı hesab edir ki, 2017-ci ilin dövlət büdcəsində Neft Fondundan transfertlər azalır: “Qeyri-neft sektrorundan məcburi qaydada daxilolmaları artırmaq üçün tədbirlər görüləcək. Xüsusilə vergi ödəyicilərinin vergi yüklərinin və vətəndaşlardan müxtəlif cür maliyyə cərimələrinin(sanksiyaların) artıırlması görüləcək əsas tədbirlər kimi nəzərdə tutulur. Iri (təbii inhisarçı şirkətlər) vergi ödəyicilərinin dövlət büdcəsinə daha çox ödəmələr etməsi üçün onun vətəndaşlara satdıqları mal və göstərdikləri  xidmətlərin tariflərini yüksəltməklə onu vətəndaşlar hesabına təmin etmək yolun tutdular.Bu əlavə olaraq sosial gərginliyi artıran amilə çevriləcək.

Ölkədə böhranın əksər sahələri “vurduğu”göz önündədir.Antiböhran addımları kimi yeni strukturlar yaradılır. Halbuki, bu vəziyyətdə iqtisadiyyatı pulla təmin etmək üçün sahibkarlar ordusu üçün əlverişli investisiya iqliminin yaradılması daha vacibdir. İqtisadiyyatın mühərriki olan sahibkarlar üçün əlverişli şərait yaradaraq onların vergi ödəmək imkanlarını artırmaq əvəzinə, onların istehsal etdikləri mal və xidmətlərin qiymətlərinin artımınışərtləndirən baza qiymətlərindəartımlar edilir. Halbuki, antiböhran elementləri sırasında dövlətin nəzarətində olan mal və xidmətlərdə tariflər artırılmamalı, azaldılmalıdır. Amma əskinə edilməlidir.  Əslində, bu addım iqtisadiyyatın bahalaşmasıüçün ciddi plastarm formalaşdırır. Bu zaman özəl sektorun istehsal etdikləri malların qiymətləri artacaq ki, bu da onun satış həcminin azalması ilə müşahidə olunacaq. Çünki bu əhali gəlirlərinin artmaması fonunda qiymət artımına gedilir. Digər tərəfdən isə həm də dövlət büdcəsinəəlavə olaraq vergi ödənişlərinin azalmasına gətirib çıxaracaq. Ola bilsin ki, istehlakçılar hesabına qiymət artımından təbii inhisarçışirkətlər qazanacaq, amma onların satdıqları mal və xidmətləri alan sahibkarlıq subyektləri isəözlərinin istehsal etdikləri məhsulların bazarda azalan azsaylı müştəriləri ilə rastlaşacaq. Bu iqtisadiyyatın hərarətlənməsini xeyli aşağı salacaq”.

Vüsalə Rüstəmova

Gununsesi.info