Boks üzrə keçmiş dünya çempionu ürəyindən əməliyyat olunub

  • By ilhame
  • 18 Mart 2024 22:15

Boks üzrə keçmiş dünya çempionu panamalı Roberto Dyuran ürəyindən əməliyyat olunub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “TASS”a idmançının nümayəndəsi məlumat verib.

 

Bundan əvvəl Dyuranın ürəyində yaranan problem səbəbindən Panamada xəstəxanaya yerləşdirildiyi məlum olub.

 

“Roberto Dyuran ürəyindən əməliyyat olunub, həyatı üçün heç bir təhlükə yoxdur”, – agentliyin mənbəsi bildirib.

 

Qeyd edək ki, 72 yaşlı keçmiş boksçu Dyuran 103 dəfə qələbə qazanıb (70-ni nokautla) və 16 dəfə məğlub olub.

Gununsesi.info