“Boksçu olmaq istəmədim, öz yolumu seçdim” - Səfa Mehdi / fotolar

  • By admin
  • 27 Mart 2019 00:09

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial etika” sosial mediadan səmərəli istifadə üsulları və etik qaydaları adlı layihənin növbəti təlimi uğurla başa çatıb.

Gununsesi.org xəbər verir ki, aktyor, eyni zamanda vayner kimi tanınan Səfa Mehdi təlim iştirakçilarına qazandığı uğurların sirlərindən danışıb. Atası boks müəllimi olan aktyor, seçdiyi yolda valideynlərini razı salmaqda da bir sıra problemlər yaşayıb. ” Atam onun sahəsini seçəçəyimi düşünürdü. Mən isə boksçu olmaq istəmədim, öz yolumu seçdim.”

Bildirib ki, bu gün sosial şəbəkələrdən istifadə mütləqdir.Yetər ki, məqsədyönlü olsun. İş olan yerdə tənqid də olur, tərif də. Sosial şəbəkələrdə şərh yazanların tənqidlərinə qıcıqlanmaq, təhqirlərə reaksiya vermək düzgün deyil. O, yalnız öz sahəsindən olan insanları işi ilə susdura biləcəyini deyir. Səfa Mehdi vaynerlərin sosial etikasına da toxunub. “Heç kimi təhqir etmədən, heç kimə söz atmadan da gündəmə gəlmək mümkündür. Mən özümü hərtərəfli sınayıram. Çəkiləcəyim filmlər yoxdursa, boş-bekar oturmuram. İnternetdə video – roliklər paylaşıram, hansı ki, onların da hər birinin mətnaltı mənaları var. Məni təqlid edənlərə isə əsəbləşmirəm. Onlar məni parodiya etmir, sadəcə mənə oxşamaq istəyir, mənim kimi olmaq istəyirlər. Bu da mənə xoşdur. ”

Tələbələrin bütün sualları cavablandırılıb və sonda xatirə fotosu çəkilib.