Boksçumuz Avropa çempionatında ilk medalı təmin etdi

  • By admin
  • 19 Mart 2022 18:19

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatının 1/4 final görüşlərinə start verilib.

Gununsesi.info-nub məlumatına görə, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin boksçularından ilk olaraq rinqə Nicat Hüseynov (51 kq) çıxıb. O, yarımfinala gedən yolda Antonio Payva (İrlandiya) ilə üz-üzə gəlib.

Rəqibindən üstün döyüş nümayiş etdirən Hüseynov 5:0 (30:27, 30:26, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində gənc boksçu yarımfinala adlamaqla yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib.

Hüseynov növbəti qarşılaşmasında türkiyəli Mehmethan Çinarla döyüşəcək. Bu görüş martın 20-də olacaq.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 boksçusu 1/4 final görüşünə çıxacaq.

Gununsesi.info