Boksçumuz dünya çempionatında 1/4 finala yüksəldi

Azərbaycanın qadın boksçusu Mehparə Məmmədova İspaniyanın Alikante şəhərində gənclər arasında keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Gununsesi.info xəbər verir ki, bu haqda Azərbaycan Boks Federasiyası məlumat yayıb.

HTML tutorial

1/16 final mərhələsində Lyuba Atanasovanı (Bolqarıstan) mübarizədən kənarlaşdıran təmsilçimiz bu dəfə monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayıb. Döyüş Məmmədovanın 5:0 (29:27, 29:27, 29:27, 30:26, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

Boksçumuz 1/4 finalda qazaxıstanlı Gülnaz Buribayeva ilə üz-üzə gələcək.

Ondan fərqli, Sənan Hətəmov dünya çempionatı ilə vidalaşıb. 67 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/8 finalda Nurbek Mursalla (Qazaxıstan) qarşılaşıb və rəqib mərhələ adlayıb.

Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.

Gununsesi.info